!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnəkləri Quranla sakitləşdirməyi təklif etdilər – Hökumətdən qəribə qərar

!Reklam – Yazi

Malayziyanın Kelantan ştatında qeyri-adi qərar təklif irəli sürülüb.

Yenicag.az xəbər verir ki, hökumət inəklərin sakitləşdirilməsi üçün onların yanında Quran oxunmasını təklif edib.

Bu haqda “Channel News Asia” məlumat yayıb.

Yerli hökumətin üzvü Çe Abdulla Mat Navi (Che Abdullah Mat Nawi) qərarı belə izah edib: “Biz əminik ki, Quranın oxunması heyvanları həm sakitləşdirəcək, həm də onların ətinin keyfiyyətini artıracaq”.

Məlumat üçün bildirək ki, Kelantan ştatının qanunverici hakimiyyəti islam partiyasının nümayəndələrinə aiddir. Onlar daha əvvəl də regionda islam dininə əsaslanan qanunlar qəbul ediblər. Xüsusi olaraq, oğurluq etmiş şəxslərin əlinin kəsilməsi, ər-arvad xəyanətinə görə isə, ittiham edilmişlərin daş-qalaq edilməsi də yerli hakimiyyətin sərt qaydalarından hesab olunur.

Zaur H.

www.yenicag.az

1665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv