“İnəklərin yanında oynayırdım” – “Qarabağ”ın Pedrosu

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Qarabağ” – “Zirə” matçında qalib müəyyənləşməyib – 0:0.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən ağdamlıların braziliyalı yarımmüdafiəçisi Pedro Enrike oyunla bağlı fikirlərini bildirdikdən sonra, suallarımızı cavablandırıb.

– İstənilən komanda qələbə üçün hazırlaşır. Rəqibin zəif cəhətlərin bilsək də, yaxşı qapandılar. Ona görə də istədiyimizi reallaşdıra bilmədik.

– 70 min azarkeş dəstəyindən sonra 2 min fanatın olduğu oyuna köklənmək çətin deyilk ki?

– Təbii ki, bu, müqayisəolunmazdır. İnsandan insana fərq var. Mənim üçün heç bir fərqi yoxdur. Mən futbola başlayanda oyunuma heç kim baxmayıb. Ancaq ev heyvanları, inəklərin yanında oynayırdım. Az azarkeş olsa da, sona qədər bizi dəstəklədilər. Onlara təşəkkür edirəm.

– Əvvəlki oyunlarda istədiklərini edə bilirdin. Bu gün isə performansını tam olaraq nümayiş etdirə bilmədin. Bunun səbəbi “Roma” ilə oyunun yorğunluğudur, yoxsa “Zirə”nin müdafiəçilərinin ustalığı?

– Mən şəxsən ikinci hissədə yorğunluğu hiss edirdim. Rəqib də qapanmışdı, boş zona vermirdilər. Boş zona olmadığı üçün bizə də çətin idi. Komandamız da əlindən gələni etdi. Meydanda olan gənc futbolçular da çox çalışdılar.

– “Zirə” liderlər qrupunda qərar tutub. Ümumiyyətlə, Azərbaycan çempionatı gözlədiyin səviyyədədirmi?

– Digər komandalara baxanda bu gün rəqib bizə çətinlik yaratdı. Onlar liderlər qrupunda qərarlaşması təsadüfi deyil.

COP29