Xəbər verdiyimiz kimi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Ötən gün əməliyyat olunan təcrübəli mütəxəssisin ürəyinə 2 stend qoyulub. Hazırda vəziyyəti sabitliyə doğru gedir.
Yenicag.az-ın əməkdaşı sözügedən xəstəxanaya yollanaraq Hacıyevə baş çəkib. O, iki gün reanimasiya şöbəsində qalmalı olacaq.
Böyükağa Hacıyevin xəstəxanadan özəl fotolarını təqdim edirik:
Emin Səfərov