!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnfarkt keçirən deputat İlham Əliyevin şəxsi nəzarətindədir

!Reklam – Yazi

Prezident İlham Əliyev bu gün VI Qlobal Bakı Forumunun gedişində çıxış edərkən qəfildən halı pisləşən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi, türkiyəli deputat Əkmələddin İhsanoğlunu şəxsən nəzarətə götürüb.

Yenicag.az bildiri ki, Musavat.com bununla bağlı mötəbər mənbələrə istinadən xəbər verir. Məlumata görə, ölkə rəhbərinin müvafiq göstərişlərindən sonra Baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və operativ müayinələrdən sonra tıxanmış damar açılıb, stend qoyulub. Odur ki, türkiyəli deputatın durumunun daha da kritikləşməsinin qarşısı alınıb.

Digər məlumata əsasən deputatın həyat yoldaşı da onunla birlikdə Bakıda, Forumda olub. Həyat yoldaşı dövlətimizin başçısının həssas yanaşmasına və həkimlərin peşəkaralığına görə Forumun təşkilatçılarına minnətdarlıq edib. Bildirib ki, əgər eyni vəziyyət tədbirin gedişi zamanı yox, ondan əvvəl və ya sonra yaransaydı, fəlakətli hadisə olardı. Deputatın həyat yoldaşı Azərbaycan səhiyyəsinə yüksək etimadını da ifadə edib.

Qeyd edək ki, E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

www.yenicag.az

2484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv