Son 3-4 il müddətində dünya koronavirusla mübarizə aparıb. Bu virusa yoluxub sağalan bir çox şəxs ciddi immun problemləri ilə üzləşib.
Bəs son zamanlar virus infeksiyası artıb? Həkimlərə ən çox hansı infeksiya xəstəlikləri üzrə müraciət edilir?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən infeksionist Ləman Qasımova bildirib ki, virus üzrə müraciət edən xəstələr arasında artma tendensiyası müşahidə olunmur:
“Ümumi praktikada ən çox su çiçəyi, influenza (qrip virusu – red), hepatit b, c və İİV virusuna rast gəlinir. Digər viruslar üzrə də müraciət edilir, lakin artım müşahidə olunmur. Əgər bir virusun artması baş verirsə, burada müxtəlif səbəblər var. İnfeksion nəzarət qaydalarına riayət edilməlidir.
Məsələn, əl gigiyenası, sosial məsafə və s. amillərə diqqət yetirmək lazımdır. Bundan əlavə, fərdi qoruyucu vasitələrdən də istifadə etməyi unutmamalıyıq. Eyni zamanda insanların immun sisteminin zəif olması, virusla yanaşı digər xəstəliklərinin də olması yeni mutasiyaların artması, yayılmasında rol oynayır”.
Şahanə Paşa