İnflyasiya gəlir artımlarına “uduzacaq”?: “Mənfi proqnozlar verilsə də…“ – ŞƏRH

“Digər sahələrdə olduğu kimi əhalinin nominal gəlir artımında müsbət tendensiya davam edəcək”.

Bu fikirləri əhalinin nominal gəlirlərinin artım tendensiyasını dəyərləndirən iqtisadi ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə dünyada gedən qlobal proseslərin iqtisadi məsələlərə təsiri azalmaqdadır.

“Düşünürəm ki, iqtisadi çətinliklərlə bağlı dünya və Azərbaycanın əsas çətinliklər dövrü geridə qalıb. Rusiya-Ukrayna müharibəsi səbəbiylə 2022-ci il son illərin ən çətin dövrü hesab olunur. Sonrakı dönəmlərdə mənfi proqnozlar verilsə də, bu fikirlər reallıqdan kənardır. Məhz bu yanaşmanı nəzərə alaraq deyə bilərik ki, digər sahələrdə olduğu kimi əhalinin nominal gəlir artımında müsbət tendensiya davam edəcək. İstər əməkhaqqı, istərsə də digər gəlir sahələrinin artımını müşahidə edə biləcəyik. Eyni zamanda burada inflyasiya faktorunu da nəzərə almaq şərtdir. Çalışmalıyıq ki, gələcəkdə nominal gəlirlər inflyasiyanı üstələsin. Gəlirlərin artım tempi inflyasiyanın sürətini üstələyə bilmədiyi təqdirdə vəziyyət arzuolunmaz səviyyəyə çatır. Bu da əhalinin rifahına mənfi təsir göstərə bilir”.

Yusif Səmədzadə