Reklam

Reklam

Dövlət Statistika Komitəsi və digər rəsmi hökumət strukturları cari ilin sonunda Azərbaycanda inflyasiyanın birrəqəmli həddi keçməyəcəyini bəyan edirlər. Amma onların bu proqnozları heç də birmənalı qarşılanmayıb. Bir çox ekspertlər cari il üçün inflyasiyanın həddi ilə bağlı müxtəlif fikirdədirlər.

Məsələn, Yeniçağ.az-a açıqlamasında müstəqil iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, 2017-ci il üçün inflyasiyanın ikirəqəmli həddə olacağı ehtimalı daha böyükdür:

“Bu ilin iki ayı üzrə göstərilən rəsmi statistikaya görə inflyasiyanın ikirəqəmli olduğunu hökumət də təsdiqləyir. Sadəcə, orada mal və xidmətlərin növləri üzrə müxtəlif rəqəmlər qeyd olunur. Məsələn, ərzaq inflyasiyasının təqribən 15 faiz olduğu göstərilib. Əslində isə bu faiz daha çoxdur. Təəssüf ki, ölkəmizdə alternativ hesablamalar aparan qurum və institutlar yoxdur. Beynəlxalq təcrübədə isə həmişə rəsmi məlumatlarla yanaşı bir neçə digər mənbələr vasitəsilə də statistik məlumatlar hesablanır və sonda nəticə etibarı ilə inflyasiya ilə bağlı daha dürüst məlumatlar ortaya çıxır. Azərbaycanda isə belə praktika olmadığından hələlik ancaq rəsmi statistikaya istinad etməyə məcburuq. Amma onlar da ilin iki ayının yekununa görə inflyasiyanın ikirəqəmli olduğunu artıq etiraf edirlər. Ancaq cari il ərzində inflyasiyanın birrəqəmli həddə düşəcəyi barədə proqnozlar da var. Ola bilər ki, yay aylarında yerli məhsulların yetişdiyi dövrdə müvəqqəti olaraq ərzaq inflyasiyası daha aşağı rəqəmlərlə qeyd olunsun.

İlin sonuna yaxın isə inflyasiyanın sürəti artacaq. Çünki yerli məhsullar tam rəqabət qabiliyyətinə malik deyil. Bundan əlavə bəzi məhsul növləri üzrə tamamilə idxaldan asılı olaraq qalmaqdayıq. Bu da təbii ki, qiymətlərin qalxmasına təsir edir. Cari il ərzində manatın dəyərdən düşməsini yenidən müşahidə etsək, bu ehtimal güclüdür, inflyasiya daha da sürətlənərək ikirəqəmli hədd səviyyəsində olacaq. Ona görə də dövlət strukturlarının bildirdiyi kimi, inflyasiyanın ikirəqəmli həddən aşağı olacağı ilə bağlı optimizmi bölüşmürəm. Çox güman ki, yenə də ilin sonunda ikirəqəmli inflyasiya ilə qarşılaşacağıq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."