ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son təlimatlarında inflyasiya ilə mübarizənin hələ bitmədiyinin vurğulanması qlobal bazarlarda narahatlığı artırıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, yaranmış vəziyyət böyük iqtisadiyyatları inflyasiya ilə mübarizədə hələ uzun yol keçmələrini şərtləndirir.
Lakin inflyasiyaya qarşı qlobal mübarizənin minimal nəticələri bu prosesdə qələbəni elan etməyin erkən olduğu reallığını önə çıxarır.
FED rəsmilərinin yeni açıqlamaları qlobal bazarlarda volatilliyi artırsa da, bu, inflyasiya ilə mübarizənin aktuallığını azaltmır.
Qurumun İdarə Heyətinin üzvü Liza Kuk da inflyasiyanın məqbul səviyyədə olması üşün müəyyənləşdirilən faiz siyasətinin prosesə məhdudlaşdırıcı təsirinə ümid etdiyini bildirib. Bununla belə, Kuk bu siyasətin icrasında ehtiyatlı davranacaqlarını vurğulayıb.
Analitiklər FED sədri Ceremi Pauellin son çıxışlarının transmilli şirkətlərin aktivlərinin dəyərinə təsirsiz ötüşməyəcəyini bəyan ediblər.