İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır.
Yenicag.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.
Ə.Amaşov bildirib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir: “Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər”.
Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.