İnfrastruktur layihələrində həssas qrupun “UNUDULMAMASI”: “Bu məsələlərin öz həllini tapması üçün…”

“Mövcud yol infrastruktur problemlərinin həlli yolların yenidənqurması zamanı yol verilən səhvləri təkrarlamamaqdır”.

Bu fikirləri yol infrastrukturunun qurulması zamanı əlillərin və həssas qrupa aid şəxslərin nəzərə alınmasının vacibliyindən danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yol infrastrukturunun qurulması zamanı bütün yaş qrupları, həssas kateqoriyaya aid insanların nəzərə alınması mütləqdir:

“Həmin şəxslərin infrastrukturun qurulmasında xüsusi payları olur. Piyada keçidlərində, səkilərdə əlil arabaları ilə hərəkət edən şəxsləri nəzərə alaraq, pandusların inşa edilməsi, səki kənarlarının maililik dərəcəsinin dəqiq müəyyənləşdirilməsi kimi məqamlar diqqətə alınmaldır.

Eyni zamanda, metro keçidlərinin əlil şəxslər üçün əlverişsiz olması ilə bağlı müxtəlif narazılıqlar səslənsə də, son 15 il ərzində metro quruculuğunda görülən işlər, əlillərin və həssas qrupa aid olan insanların maksimum dərəcədə düşünülməsi qeyd olunmalıdır.

Bu da xüsusi önəm daşıyan detallardan biridir. Bu məsələlərin tədricən öz həllini tapması üçün fikrimcə, bir qədər zamana və xarici ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var. Mövcud yol infrastruktur problemlərinin həlli yolların yenidənqurması zamanı yol verilən səhvləri təkrarlamamaqdır”.

İsmayıl Bakuvi

COP29