İngilis nazirdən absurd DEMARŞ: Fələstinə dəstək aksiyaları qadağan ediləcək?

Böyük Britaniyanın daxili işlər naziri ölkə ərazisində Fələstinə dəstək nümayişlərini “nifrət marşı” kimi qiymətləndirib.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman Fələstinə dəstək xarakterli kütləvi etiraz qadağan etmək üçün qanunların dəyişdirilə biləcəyini deyib.Nazir İsrailin Fələstində dinc əhaliyə qarşı törətdiyi qırğınlardan danışmasa da, fələstinlilərə dəstək nümayişlərində iştirak edənlərin nifrət cinayətlərinə yol verdiklərinə vurğulayıb.

Onun sözlərinə görə, ölkənin müvafiq qanunları yenidən nəzərdən keçirilir və əgər qanunları dəyişdirmək lazım gələrsə, ötən il “nefti dayandır” aksiyaları zamanı atılan addımlar təkrarlanacaq.

Qeyd olunur ki, Böyük Britaniyada Fələstini dəstəkləyən siyasətçilər də təzyiq altındadır. Bu yaxınlarda hakim Mühafizəkarlar Partiyasından olan deputat, həmçinin elm, innovasiya və texnologiya nazirinin yanında parlamentin şəxsi katibi Pol Bristou Qəzzada atəşkəs çağırışına görə baş nazir Rişi Sunak tərəfindən istefaya göndərilib.

COP29