Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İngilis parlamentini baş nazirə ağır şərt qoydu: "Brexit" böhranı böyüyür

İngiltərə parlamenti sabah baş nazir Tereza Meyin Breksit anlaşmasını üçüncü dəfə səsverməyə çıxaracaq.

Yenicag.az xəbər verir ki, bu haqda parlamentdə təmsil olunan siyasətçi Andrea Leadsom bildirib.

Məlumat üçün qeyd edək ki, parlament Breksitlə bağlı 8 mümkün ssenari üzrə keçirdiyi səsvermədə səs çoxluğu əldə edə bilməyib. Məhz bu nəticə parlament qarşısında baş nazirin mövqelərini müəyyən qədər gücləndirib.

Əlavə edək ki, Tereza Mey dünən axşam lideri olduğu partiyanın idarəçiliyində olan nüfuzlu deputatların birləşdiyi “1922 Komitəsi” ilə bir araya gələrək onlardan Breksit anlaşmasına dəstək istəyib.

Xanım Mey parlamentin Breksiti qəbul edəcəyi təqdirdə özünün istefa edə biləcəyini və Avropa Birliyi ilə sonrakı müzakirələri yeni seçilən baş nazirin aparacağı vədini verib.

Meyin bu mövqeyindən sonra Breksitin əleyhinə səs verən sabiq xarici işlər naziri Boris Conson və digər deputatlar yeni səsvermə keçiriləcəyi təqdirdə Meyi dəstəkləyəcəyini ifadə ediblər./teleqraf.com/

www.yenicag.az

857
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM