!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İngilisi "Tarqovı"da tutub yeyəsi deyilik ki?" - Hafiz Hacıyev

!Reklam – Yazi

Bakıda keçiriləcək Avroliqanın finalı ilə əlaqədar paytaxtımıza oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami (“Tarqovı”), İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, məhdudiyyətlər qoyulacaq.

Bu qərar da birmənalı qarşılanmayıb. Yenicag.az-a açıqlama verən Müasir Müavat Partiyasının sədri Hafiz Hacıyev qərarı doğru hesab etmədiyini bildirib.

“Azərbaycanda keçirilən oyunlar ölkəmizin dünyada təbliği üçün çox önəmlidir. Ancaq kimlər gələcəksə, onlardan Azərbaycan xalqını təcrid etmək absurd məsələdir. Biz qaynayıb-qarışmalıyıq, dünya dövlətləri ilə üz-üzə olmalıyıq. Gələn ingilisi “Tarqovı”da tutub yeyəsi deyilik ki?” Məncə, bu yersiz məsələdir. Qoy görsünlər ki, biz nə qədər tolerant millətik. Nə qədər humanist millət olduğumuzu görsünlər. Gələnlər görməlidirlər ki, Azərbaycanda sabitlik var. Hafiz Hacıyevin qarşısını “Tarqovı”da niyə kəsməlidirlər ki? Bura mənim öz torpağım, öz vətənimdir. Qoy ingilis gəlib görsün ki,  Azərbaycanda 4 dəfə prezidentliyə namizəd olmuş Hafiz Hacıyev küçədə gəzir”.

Emin Səfərov

www.yenicag.az

3008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv