İngiltərə keçmiş rus casusu Sergey Skripal və qızı Yuliyanın Salisburydə zəhərlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi “tvitter” hesabından məlumat yayılıb.
BMT TŞ-ni təcili toplanmağa çağıran İngiltərə həmçinin, 23 rus diplomatını da deportasiya etməyə hazırlaşır. Baş nazir Tereza Mey Moskvanın provokasiyalara davam edəcəyi təqdirdə yeni addımlar atacaqlarını bildirib.
Qeyd edək ki, diplomatlara cəmi bir həftə vaxt verilib.