“Qalatasaray”ın futbolçusu Badu Ndiayenin yeni klubu rəsmən açıqlanıb.
Yenicag.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi karyerasını İngiltərənin “Stok Siti” klubunda davam etdirəcək.
Premyer Liqa təmsilçisinin bu keçidə görə “Qalatasaray”a 16 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Badu Ndiaye “Qalatasaray”a ötən il “Osmanlıspor”dan transfer olunub.