İngiltərə kubokunun püşkü atıldı

Futbol üzrə İngiltərə kubokunun (FA) 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, püşkatmaya əsasən “Suonsi Siti” klubu “Mançester Siti” ilə, “Votford” “Kristal Palas”la, “Vulverhempton” “Mançester Yunayted”lə, “Milluoll” isə “Brayton”la qarşılaşacaq. 1/4 finalın oyunları martın 15-dən 18-dək keçiriləcək.

Qeyd edək ki, turnirin son çempionu “Çelsi” 1/8 final mərhələsində “Mançester Yunayted”ə məğlub olub (2:0).

COP29