İngiltərə Premyer Liqası: “Manchester Siti” “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasının XXV turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, “Mançester Siti” Londonun “Emireyts” stadionunda “Arsenal”ın qonağı olub. Oyun “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qola 2-ci dəqiqədə Rahim Sterlinq imza atıb.

“Mançester Siti” bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb. “Şəhərlilər” həm də müxtəlif turnirlərdə 18-ci ardıcıl qələbəyə imza atıb.

Qeyd edək ki, Pep Qvardiolanın başçılıq etdiyi komanda 25 oyundan sonra 59 xalla turnir cədvəlinə liderlik edir. “Arsenal” isə 34 xalla 10-cu pillədə qərarlaşıb.