“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirəcək. Yenicag.az xəbər verir ki, söhbət Şotlandiyanın “Reyncers” klubunun yarımmüdafiəçisi Endi Hollideydən gedir.
Bu iddia ilə Britaniya mətbuatı çıxış edib. Yayılan məlumata görə, “qırmızı-qaralar” 26 yaşlı oyunçunu 1 illik icarəyə götürməyi düşünür. Onun bu gün “Qəbələ”nin Avstriyadakı təlim-məşq toplanışına qatılacağı bildirilir.
Qeyd edək ki, karyerası ərzində “Livinqston”, “Midlsbro”, “Uolsoll”, “Blekpul”, “Bredford” kimi klubların formasını geyinmiş Endi Hollidey 2015-ci ildən “Reyncers”də çıxış edir.