!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərə Suriyanı bombalamağa başladı

!Reklam – Yazi

1684079_20140923061917İngiltərə Suriyadakı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının hədəflərinin bombalanmasına icazə verən sənəd parlamentdə qəbul edilməsinin dərhal ardından ilk hava hücumunu reallaşdırıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, İngiltərənin Müdafiə Nazirliyindən verilən açıqlamada Suriya üzərindəki ilk hücumun reallaşdırıldığı vurğulanıb. Cənubi Kiprdəki hava limanından istifadə edən İngiltərə Krallıq Hava Qüvvələrinə aid 4 Tornado təyyarəsinin havalandığı və ikisinin Suriyadakı İŞİD hədəflərini bombaladıqdan sonra döndüyü qeyd edilib.

Müdafiə nazirliyinin bombalanan hədəflərə bağlı bu gün açıqlama verəcəyi gözlənilir. Keçən ildən bu yana beynəlxalq koalisiyanın İraqdakı İŞİD hədəflərinə istiqamətli hava hücumlarına dəstək verən İngiltərənin Cənubi Kiprdə hava limanında 8 Tornado təyyarəsi var.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv