Reklam: High Technic
hightechnic

İngiltərə və ABŞ Rusiya sərhədinə qoşun yığır – Fotolar

Rusiyanın hərbi təlimlərini təhdid olaraq görən NATO Rusiya sərhədinə hərbi qüvvə yığmağa davam edir. Yeniçağ.az-ın xəbərinə görə, İngiltərə də Soyuq Savaş dönəmindən sonra ilk dəfə Estoniya yaxınlığına xeyli sayda hərbi texnika və əsgər göndərdi. 

Toplam olaraq, 800 əsgər göndərəcək İngiltərənin ilkin olaraq, 120 əsgər göndərdiyi vurğulanır. Həmin əsgərlər Estoniyadakı 200 ABŞ əsgəri ilə birlikdə ortaq tətbiqat həyata keçirəcəklər.

İngilislərin 300 hərbi maşını da Estoniyada qalacaq:

  • AS-90
  • Challenger 2 Müharibə  tankı
  • Warrior tipli zerhli maşın.

Qeyd edək ki, artıq neçə gündür ki, Rumıniya ərazisində, Köstəncə limanı yaxınlığında ABŞ əsgərləri təlim keçməkdədir.

Martın 23-dən etibarən bütün əsgərlərin qatılacağı təlimin Rusiyaya və Kırıma yaxın ərazidə keçirilməsi diqqət çəkir.

Yeniçağ.az

www.yenicag.az

95