İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşdü

Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Ceyms Tavernye yeni nailiyyətə imza atıb.

Yenicag.az xəbər verir ki, 31 yaşlı oyunçu buna Niderland “Ayaks”ına 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında fərqlənməklə nail olub.

Tavernye 2022-ci ildə bütün yarışlarda vurduğu qolların sayını 20-yə çatdırıb. O, XXI əsrdə bir təqvim ilində 20 qola çatan ilk müdafiəçi kimi tarixə düşüb./Report/