Hizb – ərəbcədən tərcümədə partiya, dəstə, qruplaşma mənasına gəlir. Müasir dövrümüzdə Hizbiyyə dedikdə hizbçilər nəzərdə tutulur. Hizbçilər qruplaşma yaradır. Qarşı tərəfi hakimiyyəti dəstəklədiyi üçün təkfir edir, müsəlman ölkə rəhbərlərini müsəlman hesab etmirlər və əhalisinin çoxu müsəlman olan ölkərə “Darul Küfr”( küfr ölkəsi) adlandırırlar. Bu mövzu incə mövzudur. Hizbçiliyin tarixi var. Müasir hizbçilər ərəb ölkələrində çoxdur. Onlar öz ideologiyalarını yayırlar. Bizim də ölkəmizdə gizlin şəkildə fikirlərini yayırlar və hərəkata Bakı və rayonlardan dəstəkçilər toplayırlar.
Hizbiyyə hərəkatının əsas məqsədi din adı altında hakimiyyətə qarşı narazı, hakimiyyətə qarşı nifrət hissi bəsləyən, güclü olduqları zaman hakimiyyətə qarşı üsyan edəcək dini təbəqənin yetişməsidir. Hizbiyyə dini siyasi hərəkat əslində din adı altında gizlənmiş dini müxalifətdir.
Ərəb baharının əsas iştirakçıları olan Hizbiyyə hərəkatı İngiltərədən idarə edilir. Ən çox isə ərəb ölkələrində fəaliyyətləri müşahidə olunur. 1996-cı ildə Səudiyyə Ərəbistanında çevriliş etmək cəhdləri baş tutmadıqdan sonra Hərəkatın liderləri həbs edlmiş və bəziləri İngiltərəyə qaçmışdır.
Ərəb baharı başlayanda isə aydın oldu ki, dindar xalqı hakimiyyətə qarşı üsyana qaldıran Hizbiyyə hərəkatı olub. Qərb ölkələrinin din adı altında fitnə fəsad törədmək üçün əlaltıları sayılır. Hizbiyyə hərəkatının Birləşmiş Ərəb Əmirliklərində 2013-cücü xalqı üsyana sürükləmək planları baş tutmadı.
Amma Liviya, Tunis, Misir və Suriyada xalqı üsyana cəlb etməyə bacardı.
Onlara ərəb ölkələrinin fətullahçıları da deyilir. Çünki əslində Fətullah Gülən camaatının ərəb versiyasıdır. Sadəcə fərqləri ondan ibarətdir ki, Hizbiyyə hərəkatında tək lider yoxdur. Hər ölkəyə görə, lider seçilir və Mərkəzi idarəçilik sistemləri yoxdur. Hizbiyyə üçün əsas ideologiyadır və Hizbiyyə hərəkatının lideri yaşadığı ölkəyə uyğun qərarlar qəbul edir.
Hizbiyyə Hərəkatı öz ideyalarını bir başa açıq bəyan etmir və daha çox adam toplama mərhələsini gözləyirlər. Hizbiyyə hərəktı məqsədinə nail olmaq üçün eynilə FETÖ kimi 10, 15, 20 il səbrlə gözləməyi də bacarırlar.
Hizbiyyə hərəkatı fətullahçılarda olduğu kimi, dinə bağlı məmurları, polisləri, iş adamlarını ələ almağa çalışır və onların imkanlarından Hərəkatı genişləndirmək üçün istifadə edir. Məsələn, Azərbaycanda dindarlardan topladığı sədəqə və zəkat pulları ilə sıralarını genişəndirmə mərhələsi başlayıb.
Ölkəmizdə Hizbiyyə hərəkatı artıq təşkilatlanma mərhələsindədir və Bakı və rayonlarda dəstəkçi toplama, rayonlarda öz adamlarını seçmək və təyin etmək prosesini başlayıblar.
O da bildirilir ki, Azərbaycanda Hizbiyyə hərəkatının liderləri olan şəxslərin Həcc mərasimində ərəb ölkələrindəki dəstəkçiləri ilə görüşdüyü və maliyyə dəstəyi məsələsi ilə bağlı məsələləri müzakirə edirlər.
Maraqlıdır ki, Hizbiyyə üçün məzhəb fərqi daha sonrakı mərhələdir. Bu baxımdan Azərbaycanın qapısını FETÖ bəlası bitmədən, başqa bir FETÖ kimi təhlükəylə üz-üzə qaldığını desək, yanılmarıq.
Əli