İnhisarçılığa qarşı YENİ CƏBHƏ: “Bu neqativ meyllər aradan qaldırılmasa…” – Elşad Məmmədov

“İqtisadiyyat Nazirliyinin inhisarçılıqla mübarizədə effektli nəticələrə imza atacağı gözlənilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə inhisarçılığa qarşı mübarizənin gücləndirilməsinə yönəlik çağırışları dəyərləndirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədovun sözlərinə görə, bu gün ölkə iqtisadiyyatının inkişafını əngəlləyən ən mühüm amillərdən biri məhz inhisarçılıq meylləridir. Buna görə də ölkə iqtisadiyyatının idarə edilməsi nöqteyi-nəzərindən antiinhisar siyasətinin gücləndirilməsinə ehtiyac var:

“İnhisarçılıq meylləri infilyasiyanın inkişafına və işsizliklə bağlı məsələlərin həllində çox ciddi problemlər yaradır. Ölkə başçısının son zamanlar bu məsələyə xüsusi toxunması da təsadüfi deyil.

Böyük islahatlara məruz qalmış və yenidən təşkili nəzərdə tutulan İqtisadiyyat Nazirliyi bu istiqamətdə çox mühüm işlər görməlidir. Yaxın zamanlarda İqtisadiyyat Nazirliyində bu istiqamət üzrə işlərin həyata keçiriləcəyi gözlənilir.

Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün antiinhisar siyasəti və rəqabət mühitinin formalaşması effektiv şəkildə həyata keçiriləcək”.

Gülşən Şərif

COP29