İnkişaf etmiş ölkələrdə uşaq istismarı sürətlə artır – RƏQƏMLƏR

İnkişaf etmiş ölkələr təchizat zəncirində ən çox uşaq əməyindən istifadə edirlər.

Yenicag.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, qlobal təchizat zəncirində uşaq əməyindən ən çox faydalananların Avropa Birliyi, ABŞ, Yaponiya, Norveç və İsveçrə kimi inkişaf etmiş ölkələr olduğu iddia edilir.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) 10 iyun 2021-ci il tarixində dərc edilmiş son hesabatına əsasən, son illər dünyada işçi kimi işləyən uşaqların sayı artaraq 160 milyon nəfərə çatıb.

Sürix Universiteti tərəfindən 14 sentyabr 2022-ci ildə dərc edilən araşdırmaya görə, bu gün dünyada 373 milyondan çox uşaq oynamaq əvəzinə, işləyir. İnkişaf etməmiş ölkələrdə bu göstərici hər 5 uşaqdan birinə qədər yüksələ bilər. Bu uşaqların bəziləri sağlamlıqlarına, təhlükəsizliyinə və əxlaqına zərər verə biləcək təhlükəli işlərdə çalışırlar.

BƏT və UNICEF xəbərdarlıq edir ki, koronavirusun yayılması səbəbindən daha 9 milyon uşaq risk altındadır. Şirkətlər öz mənfəətlərini artırmaq üçün xərcləri azaltmağa çalışarkən, bütün inkişaf etmiş ölkələrin tədarük zəncirlərində uşaq əməyi diqqət çəkir. İsveçrə və alman məktəblərindən uşaqların çoxu qəhvə, çay və kakao tədarük zəncirlərində çalışırlar. İsveçrədə uşaq işçilərinin 70 faizi kənd təsərrüfatı sektorunda çalışır.

Gülşən