İnnovativ texnologiyaların inkişafına dəstək – Bu layihələrə həsr olunmuş tədbirlər keçirilir – FOTOLAR

Ölkədə innovativ layihələrə həsr olunmuş çoxlu tədbirlər keçirilir.

Yenicag.az xəbər verir ki, bu sözləri 23 iyulda ölkəmizdə baş tutacaq “iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı zamanı Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri (KOBSKA) Nigar Ələsgərova deyib.

“Startap və innovasiya sahəsində hansı addımlar atılırsa, bu, bizim üçün önəmlidir. Biz sahibkarların inkişafına xidmət göstərən bir qurumuq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, KOBSKA-nın əsas məqsədi innovativ texnologiyaların inkişafına dəstək göstərməkdir.

N. Ələsgərova əlavə edib ki, mətbuat konfransı panel müzakirələri ilə davam edəcək.

Rafi Müslümov

COP29