İnqilabın məhv etdiyi ölkə – aclıq, səfalət, zibilxanalar, terror – DANIŞAN FOTOLAR

Hərbçilərin süngülərində hakimiyyətə gələn Misir prezidenti Abdel Fəttah əs-Sisi seçkilərdə qələbə qazandı – o, daha 4 il ölkəni idarə edəcək.

Amma köhnə-yeni prezidentin qələbəsi Misirə bu dəfə də əminamanlıq gətirmədi: Sinay yarımadasında ayrı-ayrı terror qruplaşmaları fəaliyyət göstərir, iqtisadiyyat ciddi çətinliklərlə üzləşir, şəhərlərin küçələri zibillə dolub daşır, aclıq, səfalət ölkəni cənginə alır…

Yenicag.az Misirin “ərəb baharı”ndan sonrakı durumunu əks etdirən reportajı oxucuların diqqətinə çatdırır.

Etirazçılar Hüsni Mübarəkin portretini tapdalayırlar

Hər şey ondan başladı ki, Hüsni Mübarək 30 il Misiri idarə edəndən sonra devrildi.

Çörək üçün növbədə dayanan misirlilər

Prezident ümummilli tətilin və nümayişlərin 18-ci günündə istefa verdi. Vətəndaşlar çörək növbəsindən tutmuş bir sıra digər çətinliklərə dözməyə razı idilər. Amma… Sonradan ölkəni yoxsulluq, illik 15 milyon turistin itirilməsi gözləyəcəkdi.

Nümayişçilərlə Qahirə polisinin toqquşmaları  

Nəticədə 2011-ci ilin fevralında hakimiyyət dövlətdə sabitliyin rəmzi sayılan ordunun əlinə keçdi.

Məhəmməd Mursi

16 iyun 2012-ci il ölkədə prezident seçkisi keçirildi və ilk baxışdan mülayim, zorakılığa qarşı çıxış edən “Müsəlman qardaşları” islam qruplaşması qalib gəldi.

Musəlmanlar Mursini dəstəklədilər, lakin bütövlükdə cəmiyyətdə ciddi fikir ayrılıqları başladı.

2013-cü ilin iyununda, Mursinin hakimiyyətə gəlişinin ildönümündə çoxmilyonlu hərbi marşlar başladı. General Abdel Fəttah əs-Sisi prezident Mursiyə qarşı ultimatum irəli sürərək 2 gün ərzində etirazçıların tələblərini dinləməyi tələb etdi. Vaxt bitəndə hərbçilər hakimiyyəti de-fakto öz əllərinə götürdülər və islamçı-prezident devrildi.

Çökməkdə davam edən iqtisadiyyat

2014-cü ilin yanvarında ölkə yeni konstitusiya qəbul edir: ona seçicilərin 98 faizi səs verir. Yarım il sonra isə bu müddət ərzində faktiki olaraq ölkəyə rəhbərlik edən Abdel Fəttah əs-Sisi 47 faiz səslə prezident seçkisinin qalibi oldu. Bu zaman iqtisadiyyatın acınacaqlı durumu haqda heç kim düşünmürdü…

Prokuror Haşam Barakata qarşı hücumun yeri

İstər prezident, istərsə də ölkəni idarə edən ordu nizam və stabillik yarada bilmədi. Terror aktları ölkəni cənginə almağa başladı. Məsələn, 2015-ci ildə içinə partlayıcı maddə qoyulmuş avtomobil prokuror Haşam Barakatın korteji yanında partladıldı. Məmur həlak oldu.

Er-Roud məscidinin yaxınlığında bombanın partlaması nəticəsində yaranan xarabalıq

Döyüşçülər nə xaçpərəstlərə rəhm edirlər, nə də “qardaşlar”a: 24 noyabr 2017-ci ildə onlar Ariş şəhərində er-Roud məscidinə hücum edərək 300-dən çox insanı qətlə yetirirlər.

 Şarm-eş-şeyx mehmanxanasında tərk edilmiş hovuz

Ölkədə hökm sürən qeyri-stabil vəziyyət Misirin turizm sahəsini tamamilə məhv etdi: “Ərəb baharı”na qədər Misirə hər il 15 milyon turist gəlirdi. Bu gün isə Britaniya və ABŞ başda olmaqla bir çox ölkə “ehramlar ölkəsi”nə səfərlərlə bağlı öz vətəndaşlarını xəbərdar edir, həmçinin Rusiya Misirlə aviarabitəni kəsib.

Qahirədə qəssab dükanı

Ölkə ağır iqtisadi enişdədir. İnflyasiya 34 faizə qədər sıçrayıb.

Ölülər şəhəri

Qahirənin kasıb bir qəsəbəsi. Faktiki olaraq, qəbiristanlığa bənzər ərazi.

Qahirədə bazar

Hazırda Abdel Fəttah əs-Sisinin yeni qələbəsindən sonra belə Misirdə vəziyyət ağır olaraq qalır. Xüsusi xidmət orqanları minlərlə hakimiyyət rəqiblərini həbsxanaya göndərir. Öz növbəsində ayrı-ayrı qruplaşmalar ölkəni xilafətə çevirməklə hədələyir. İqtisadi vəziyyət isə olduqca acınacaqlı olaraq qalır.

Ürəyindən əməliyyat olunmuş uşaq

Onun əlindəki polisin atdığı gözyaşardıcı qaz qumbarasının bünövrəsidir…

Zaur Həsənəliyev

COP29