İnquşetiyada 8 silahlı öldürüldü

http_95.86.135.60_bpictures_picture174151İnquşetiya Respublikasının Çeçenistanla sərhəddə yerləşən Sunjensk rayonunun Datıx kəndi ərazisində 8 nəfərdən ibarət silahlı qrup zərərsizləşdirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, artilleriyanın da iştirakı ilə aparılan əməliyyat nəticəsində öldürülmüş yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

İlkin məlumata görə, onlar Açxoy-Martan silahlı qrupunun üzvləridir.