!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün seminar - FOTOLAR
 

!Reklam – Yazi

Bu gün “Femida.az” hüquq yüklü xəbər portalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Milli Hüquq Evinin birgə seminarı baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev və media qurumlarının əməkdaşları iştirak ediblər.

Seminarda insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsi və s. barədə məlumat verilib.

Seminarda hüquqşünas Sahib Məmmədov qanunsuz miqrasiya, məcburi əmək və insan alveri qurbanları ilə bağlı çıxış edib və məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən söz açıb. Bildirib ki, məcburi əmək insan istismarının bir formasıdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı isə çıxışında bildirib ki, əvvəlki illərlə müqayisədə insan alveri ilə bağlı faktların sayı artıb. 2015-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 109 fakt qeydə alınıbsa, 2016-ci ildə 141, 2017-ci ildə isə 142 fakt müəyyən edilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev isə “İnsan alveri qurbanlarının mediada konfidensiallığının (anonimliyinin) qorunması” mövzusu ilə seminarda iştirak edib.

www.yenicag.az

1503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv