!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan cildində şeytan yoxsa manyak? – Sarayda gizli eşq məcaraları

!Reklam – Yazi

1355560562_1258625965_17110Qeyri-adi şəxsiyyətləri ilə dolu olan Rusiya tarixinin bəlkə də ən qeyri-adi obrazı Qriqori Rasputindir.

Qarşısındakı insanı müəmmalı şəkildə inandırmaq bacarığı ilə tanınan Rasputin, eyni zamanda tarixdə seksual manyak olaraq yaddaşlarda qalıb. Onu qadınlara həddən artıq düşkün biri kimi də xarakterizə edirlər.

Hətta deyilənə görə, öldükdən sonra onun cinsiyyət orqanı kəsilərək xüsusi təcrübələrdə istifadə edilib və hazırsa qorunub saxlanılır.

Dəfələrlə Rasputinə qarşı sui-qəsd edilməsinə baxmayaraq o hər dəfəsində sağ qalmağı bacarıb.

Rasputin Uzaq Sibirdə doğulub, boya-başa çatıb. Uşaqlıq illəri də elə Sibirin ucsuz-bucaqsız meşələrində keçib. Hələ körpə yaşlarından ətrafdakı insanların diqqətini çəkməyə başlayıb. Sonradan bu balaca uşaq gələcək haqqında müxtəlif xəbərlər verməyə başlayıb. Ən qəribəsi də o idi ki, balaca Rasputin proqnozlarında heç zaman yanılmırdı. Bir gün Rasputinin atasına məxsus fermadan bir at oğurlanır. Rasputin hadisədən xəbərsiz olduğu halda atı kimin oğurladığını deyir. Lakin atası həmin adamın ittiham etməyin düzgün ollmadığını düşünür. Lakin az sonra atı oğurlayan şəxs özü günahını etiraf edir. Belə olan halda, hər kəs Rasputinin fövqəl istedadına heyran qalır.
Yenyetmə yaşlarında ailəsi ona dini təhsil vermək üçün Rusiyadakı monastra
göndərir. O monastrda da qeyir-adi bacarıqlarını sərgiləməyə davam edir.

Sonra Rasputin bir çox Avropa ölkələrini gəzir. Hətta Qüdsə qədər gedib çıxır.

1905-ci ildə Rasputin Rusiyada birdən-birə məşhurlaşır. O Sankt-Peterburqda olarkən, 1-ci dünya müharibəsinin başlayacağını və Romanovların devriləcəyini vurğulayır. Tarix onun yenə də yanılmadığını göstərdi. Bundan sonra Rasputinin saray adamları arasında, o cümlədən kraliça Aleksandrovanın yanında xüsusi çəkisi artır.

Uzun saqqalı, insanın vahiməyə salan dərin baxışları hər kəsi, xüsusilə qadınları özünə heyran etməyə başlayır. Xüsusilə çariça Aleksandrovanın sevimlisinə çevrilməyi bacarır.

Rasputinin həyat hekayəsinin ən maraqlı tərəfi onun çariçanın hemofiliya xəstəsi olan Aleksi adlı oğlunu sağaltması olub. Dərin qanaxma keçirən oğlanın öz əllərini onun yaralarına sürtməklə sağaldan Rasputin hakim ailənin böyük inamını qazanır və ən yaxın adamlarından birinə çevrilir. Hətta onun çariça ilə yaxın münasibətlərinin olduğu da deyilir.

Rasputinin ölümü də olduqca qəribə və acınacaqlı olur.

Saray məmuru Prens Yusufov onu zəhərləmək istəsə də bu baş tutmur. Zəhər Rasputinə təsir etmir. Bunu görən Yusufov təlaşa düşür. Tez başqa bir otaqda dayanan ingilis casusundan kömək istəyir. Casus ona tapançanı verərək öldürməsini tələb edir. Yusufov Rasputinin yanına qayıdır və ona iki atəş açır. Başından və boynundan güllə yarası alan Rasputin yerə yıxılır. Lakin o sağ qalır. Pəncərədən atılıb qaçmağa başlayan Rasputinə arxadan atəş açırlar. Daha sonra onun qəti şəkildə öldüyünü düşünən qatillər cəsədi Neva çayına atırlar. Cəsəd bir neçə gün sonra çaydan çıxarılır və üzərində ekspertiza aparılır. Məlum olur ki, Rasputin güllə yarasından yox, məhz çayda boğulması səbəbindən vəfat edib.

Bəzi mənbələrdə deyilir ki, Rasputini İngiltərənin xüsusi kəşfiyyat orqanları öldürüb. Səbəbi isə Rusiyanı 1-ci dünya müharibəsinin məngənəsində saxlamaq idi. Çünki Rasputin buna qarşı çıxırdı. O çarıçanı inandıra bilmişdi ki, bu müharibəyə qoşulmaq tamamilə mənasızdır. Belə olan halda, ingilislərin mənafeyinə ciddi zərbə dəyirdi və müharibədən qalib çıxması sual altında qalırdı.

Məhz bu səbəbdən Rasputin siyasətə qurban getdi.

Bəlkə də o sağ qalsaydı, müharibənin nəticəsi başa cür olardı. Bəlkə də, ingiliz-fransiz birliyi 1-ci dünya savaşının qalibi olmazdılar. Osmanlı parçalanmazdı. Bolşeviklər hakimiyyətə gəlməzdi.

Rasputin özündən sonra böyük suallar qoyub getdi…

www.yenicag.az

1737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv