!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan hüquq və azadlıqlarının müdafiəsi: Azərbaycanda mövcud durum nədən ibarətdir? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan Respublikası dünyanın insan və vətəndaş hüquqlarının qorunduğu, bu sahəyə diqqət ayıran nümunəvi ölkələrindən biridir.

Dünyanın hər bir ölkəsində insan hüquq və azadlıqlarının qorunması dövlətin əsas təməl prinsiplərindən biri sayılır. Azərbaycanda Respublikasının Konstitusiyasında ictimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunlar öz əksini tapır. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının təmin edilməsi ali dəyər kimi qiymətləndirilib. Konstitusiyamızda bir fəsil bütöv olaraq insan hüquq və azadlıqlarına, onun qorunmasının təmin edilməsinə həsr olunub. Konstitusiyanın 12-ci maddəsində dövlətin əsas ali məqsədinin insanların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi olduğu göstərilir.

Azərbaycan Respublikasının hər bir vətəndaşı öz hüquqlarını kifayət qədər gözəl bilir, qanunlardan öz hüquqlarının təmin olunması naminə istifadə edir. Azərbaycan Konstitusiyasının qarşıya qoyduğu əsas məqsəd vətəndaşların maraq və mənafeyinin yüksək səviyyədə təmin olunmasıdır.

Müstəqilliyimiz bərpa olunandan indiki günümüzə qədər ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb və bu proses hələ də davam etməkdədir.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci il qərarı ilə həmin günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul edib. Həmin gündən etibarən 10 dekabr Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması mövzusunda danışan hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son imzaladığı 801 nəfərin əfvi ilə bağlı sərəncamı son zamanlar bu sahədə atılan ən uğurlu addımlardan biridir:

“Əfv olunanlar siyahısında göstərilən 801 nəfərin heç də hamısı siyasi mövzuda azadlıqdan məhrum olunmamışdı. Həmin şəxslər içərisində sıravi vətəndaşlar çoxluq təşkil edirdi. Neçə-neçə şəxsin əfv olunması üçün biz də kömək etdik. Səylərimiz nəticəsində müraciət etdiyimiz azı 50-60 nəfər əfv olunaraq azadlığa buraxıldı.

Heç bir vətəndaş ölkədə cinayət, təcavüz, oğurluq hallarının yaşanmasını istəməz. Hər birimiz nəinki ölkəmizdə, dünyanın hər bir yerində haqq-ədalətin bərqərar olmasını istəyirik. Lakin istəsək də, istəməsək də, bəşəriyyətdə hər zaman pozuculuq fəaliyyətilə məşğul olan şəxslər mövcud olub, olacaq da. Bu səbəbdən məhkəmələr dürüst və ədalətli olmalıdır. İnsan hüquq və azadlıqlarının təmin olunmasında əsas rolu məhkəmələr oynayır.

Əgər ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasını istəyiriksə, ilk işimiz məhkəmələrin düzgün qərarlar verməsini təmin etmək olmalıdır. Əgər polisin səhvi varsa, məhkəmə qərarı düzgün çıxarmırsa, həmin polisə qarşı məhkəmə keçirilməlidir. Bir sözlə, haqsız insanı həbs etmək, cəza vermək olmaz”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv