İnsan maksimum nə qədər yaşaya bilər?

Son zamanlar dünyanın inkişaf etmiş ölkələrində uzun ömürlü insanların sayı xeyli artıb.

Yenicag.az xəbər verir ki, alimlər bunu sağlam qidalanma, komfortlu yaşayış tərzi, tibbi nailiyyətlərlə izah edir.

Bəzi alimlərin fikrinə görə, insan asanlıqla 120 yaş və bundan çox yaşaya bilər.

Lakin holland alimlərinin son araşdırmaları göstərib ki, insanın maksimum yaşaya biləcəyi müddət bundan azdır.

Holland alimlər son 30 il ərzində 75 min insanın məlumatlarını təhlil etdikdən sonra belə qərara gəliblər ki, qadınlar maksimum 115,7, kişilər 114,1 il yaşaya bilər.