İnsan təri ən güclü dərmandır – Alimlər

 

Estetik və gigyenik baxımdan xoşagəlməz hesab edilən və insanların müxtəlif vasitələrlə mübarizə apardığı tər əslində super dərmandır.

Yenicag.az xəbər verir ki, ABŞ alimləri tərin bir çox dərmanlardan daha təsirli olduğunu bildirib.

Son elmi tədqiqatlar tərin bakteriyalara qarşı universal vasitə olduğunu üzə çıxarıb.

“Təbiətin insan üçün yaratdığı ən möcüzəvi dərman öz təridir. Tərin tərkibində istənilən zərərli patogen mikororqanizmləri məhv edən maddələr var.

Bu dermisidin adlı zülalıdır. Alimlərin fikrincə, dermisidin yalnız insan tərləyəndə aktivləşir. O, virusların qatilidir, hətta onların hüceyrə membranını da keçir.
Məhz bu komponentin əsasında alimlər yeni nəsil antibiotik yaratmaq fikrindədir.

Bununla bakteriya məsələsi tam həll oluna bilər.

Tərin, qulaq kiri və burun ifrazatının orqanizm üçün faydalı olması çoxdan sübut olunub./Medicina/

COP29