İnsanda gözlə “görünməyən” 5 DUYĞU ORQANI – FOTOLAR

Hələ məktəb vaxtlarından hər birimizə sadəcə, 5 duyğu orqanımızın olduğu bildirilsə də, ancaq bu, belə deyilmiş.

Məktəbdə öyrədilən duyğu orqanlarımız burun, göz, qulaq, dəri və dilimizdir. Yəni bu duyğu orqanlarımızı gözlə görə bilirik. Lakin görə bilməsək də, malik olduğumuz 5 duyğu orqanı da var.

Yenicag.az gözlə görə bilmədiyimiz 5 duyğu orqanını təqdim edir:

Balans duyğusu – söhbət Yerin cazibə qüvvəsi və yıxıldığımızı təsbit edən tarazlıq duyğusundan gedir. Beləliklə, “daxili qulağımız”dan gələn bir hiss ilə özümüzü tarazlıqda saxlaya bilirik. Bu duyğu hissi həyatımızı davam etdirə bilmək üçün olduqca vacibdir.


Daxili qavrayış – bu duyğu sayəsində bədənimizin hansı hissəsinin harada olduğunu baxmadan anlaya bilirik. Məsələn, ayaqlarımıza baxmadan gəzə bilirik, ya da telefonda klaviaturaya baxmadan yazı yaza bilirik. Bunlar hamısı daxili qavrayışla bağlıdır.


Ağrı hissi – bədənin hər hansı yerində hiss etdiyimiz kiçik ağrını qavrayan bu duyğu orqan reseptorları sayəsində işə düşür.


İstilik qavrayışı – Olduğumuz mühitdəki istiliyi hiss etməyimizə kömək edir.

Zaman qavrayışı – Heç bir orqana və bədənin müxtəlif yerinə bağlı olmayan yeganə duyğumuzdur. Psixoloji olaraq yaranır və hansı vaxtda olduğumuzu bizə bildirir.

Firuzə Alimova

COP29