Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İnsanı bir anda öldürə bilən xəstəlik - Səbəbləri, əlamətləri

Ürək astması ürəyə bağlı tənəffüs çatışmamazlığı, boğulmadır. Əgər vaxtında tibbi yardım göstərilməsə, xəstə ölə bilər. 

Xəstəlik sağ mədəcik çatışmazlığında olur. Kiçik qan dövranında durğunluq yaranır, qan plazması ağciyərlərin toxumasına və bronxlara keçir, ağciyərlər şişir və boğulma başlayır.

Yenicag.az bəzən digər xəstəliklərlə səhv salınan ürək astmasının səbəblərini təqdim edir:

-Mirtal stenoz

-Ürəyin işemik xəstəliyi

-İnfarkt

-Anevrizma

-Qlomerulonefrit

-Kardioskeroz

-Aritmiya

-Ürək klapanı yetməzliyi

-Damarlarda qan kütləsinin artması

-Ürək çatışmazlığı

Simptomları:

Daha çox gecə vaxtı, uzandıqda, yatmağa hazırlaşdıqda tutur.

-Boğulma

-Quru öskürək

-Dərinin avazıması

-Barmaqlar, burun ətrafı, ağzın göyərməsi

-Tərləmə

-Ağciyərlərdə xışıltı

-Bronxospazm

Belə əlamətlər bronxial astma ilə oxşar olduğundan diaqnoz qoyulmasında çətinlik yaradır və əlavə müaynələrə ehtiyac olur.

Diaqnoz

Kardioloq və ağciyərlər üzrə mütəxəssis tərəfindən qoyulur.

Müalicə üçün:

Tutmalar zamanı nifedipin və ya nitroqliserin dil altına qoyulur, oksigen inhalyasiyası olunur, ürək qlükozidləri yeridilir.

Müalicəsi tam mümkün olmasa da, tutmaları azaltmaq və ümumi vəziyyəti stabil tutmaq olar./Medicina/

www.yenicag.az

7515