İnsanlar artıq televizor izləmirlər? – Rəqəmsal texnologiyanın ÜSTÜNLÜKLƏRİ

Ötən ilin iyul ayında rəqəmsal platformalara televiziyalardan daha çox üstünlük verib.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırma aparılıb.

Mütəxəssislər bildirib ki, dünya üzrə əhalinin 47,4 faizi televiziya, 56,2 faizi isə rəqəmsal platformaları izləyir. Beləliklə, ilk dəfə rəqəmsal kontent platformaları kabel televiziyasını geridə qoyub.

Ən çox izlənən platformalar “Netflix”, “Youtube”, “Hulu”, “Amazon” və “HBO” olaraq qeydə alınıb.

Rəqəmsal texnologiyanın günü-gündən inkişaf etdiyi dövrdə 1 əsr yaşı olan televiziyanın bu proseslərə uyğunlaşması çətinləşir. Hətta yeni çəkilən ekran işlərinin bir qismi televiziya kanallarında yox, rəqəmsal platformalarda yayımlanır.

Rejissorların, ssenaristlərin və izləyicilərin rəqəmsal platformalara daha çox üz tutmasının bir səbəbi də televiziyada olan bəzi senzuraların sözügedən platformalarda olmamasıdır.

Azərbaycan əhalisi isə həm rəqəmsal platformaları, həm də televiziyanı izləyir. Eyni zamanda, ölkəmizdə “TikTok”, “Facebook”, “Instagram” kimi sosial şəbəkə platformalarından da istifadə olunur.

Şəhanə Paşa