İnsanlar həftədə 12 saat işləyəcək – Proqnoz

Gələcəkdə insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışa biləcəklər.

Yenicag.az xəbər verir ki, bunu Alibaba Group şirkətinin yaradıcısı Jack Ma süni zəka sahəsində Şanxayda keçirilmiş konfransda deyib.

O bildirib ki, bu, texnoloji nailiyyətlər və təhsil sistemində reformlar vasitəsilə mümkün olacaq. Jack Ma texnologiyaların inkişafının istirahətə daha çox zaman ayırmanın mümkünlüyü kimi elektrik enerjisini misal gətirib.

“Elektirk enerjisinin gücü ondadır ki, o, insanlara gecələr boş zamanlarda karaokelərə və müxtəlif əyləncə mərkəzlərinə getmək imkanını verir. Mən düşünürəm ki, süni zəka insanlara məhz insan olduqları faktorundan zövq almaq üçün daha çox zaman verəcək”, – deyə Ma bildirib.

Onun sözlərinə görə, növbəti 10-20 ildə bütün dövlətlər təhsil sistemində reformların keçirilməsinə diqqət ayırmalıdırlar. Bu onun üçün lazımdır ki, insanlar həftədə 3 gün olmaqla hər gündə 4 saat çalışmalı lazım olan işi tapa bilsinlər.

Hal hazırda olan təhsil sistemini isə Ma artıq köhnəlmiş hesab edir. Onun sözlərinə əsasən, hal-hazırki təhsil sistemi sənaye dövrü üçün yaradılmışdı. “Gələcək təhsil sistemləri insanlara daha kreativ olmaqda yardımçı olmalıdırlar”.