!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlar öz əcəllərini necə çağırırlar? – “Boyarışnik” müəmması

!Reklam – Yazi

boyarisnik“Spirtli içkilərin yerinə müxtəlif kimyəvi vasitələrin içilməsi alkoqol asılılığının nəticəsidir”.

Bu sözləri Rusiyada “Boyarışnik” lasyonundan kütləvi zəhərlənmənin tibbi-psixoloji səbəblərini Yenicag.Az-a şərh edən professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, kimyəvi maddələrdən hazırlanan müxtəlif vasitələr insan orqanizminə toksiki və nekrotik təsir göstərir:

“Bu, çox ağır nəticələrə, hətta ölümə gətirib çıxarır. Rusiyada “Boyarışnik” kosmetik vasitəsindən kütləvi zəhərlənməyə gəldikdə isə bu, akoqol asılılığının nəticəsidir. Yəni alkoqol asılılığı olan şəxs üçün artıq nə içdiyinin əhəmiyyəti olmur”.

Qeyd edək ki, dekabrın 17-də Rusiyanın İrkutsk şəhərində “Boyarışnik” lasyonundan kütləvi zəhərlənmə baş verib, nəticədə 71 nəfər ölüb.

 

Gülnarə Eynullaqızı
Yenicag.az

www.yenicag.az

1078
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv