İnsanlar sağlamlıqlarına niyə biganə yanaşır? – Diqqət edilməli məqamlar

“Maddi imkanlar da insanların qarşısını alan problemlərdən biridir ki, onlar sağlamlıqlarına həmişə biganə qalırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların öz sağlamlıqlarına biganə qalması və səhiyyədə yaradılmalı olan vahid sistem barədə danışan professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu məsələni həll etmək üçün səhiyyə bir sistemə çevrilməlidir:

“Səhiyyədə vahid idarəetmə sistemi olmalıdır. Məsələ ondadır ki, müəyyən şəxslər üçün çekap müayinələr, monitorinqlər olmalıdır. Məsələn, valideynində genetik xəstəliyi – süd vəzi, yumurtalıq xərçəngi olan şəxslərin dinamik müşahidəsi aparılmalı, onlarda konkret gen yoxlanılmalıdır ki, həmin gendə müsbət olduğu təqdirdə, bu xəstəliyin onda olma ehtimalı yüksək olur. Ancelina Colilin tarixçəsinə baxsaq, onun nənəsində və anasında yumurtalıq xərçəngi olduğuna görə özündə də müəyyən profilatik əməliyyatlar aparılaraq, xəstəliyin qarşısı alındı. Yəni, səhiyyə bu şəkildə çalışmalıdır”.
A.Qeybulla qeyd edib ki, hər kəsin tarixçəsi olmalı, izlənməli, çekap müayinələri olunmalıdır:

“Müəyyən şəxslərin monitorinqi konkret bir proqramla getməlidir. Bütün dünyada bu protokolla qeyd olunub. Hesab edirəm ki, biz də belə olmalıdır. Elə olan zaman insanlar özləri də belə şeylərə diqqətli yanaşmalıdırlar. Maddi imkanlar da insanların qarşısını alan problemlərdən biridir ki, onlar sağlamlıqlarına həmişə biganə qalırlar. Amma bütün bunlar maariflənmə yolu ilə həyata keçrilirməlidir. Bunu vətəndaşlardan gözləmək düzgün deyil”.

İsmayıl Bakuvi

COP29