!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsanlara nur bəxş edən alim” - Tədbir/FOTO

!Reklam – Yazi

Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi tamam olur.

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  pulsuz göz müayinəsi təşkil edilib.

Tibb ocaqlarında  ixtisaslı həkimlər tərəfindən sakinlərin  görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmətlər göstərib, ambulator müalicələr üçün müvafiq reseptlər veriblər.

Azərbaycan Tibb Universitetinin akt zalında  Nəsimi rayon İcra hakimiyyəti  və Azərbaycan Tibb Universitetinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim mövzusunda birgə  tədbiri  keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor Gəray Gəraybəyli  oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verdiyini,oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini də peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişlər. Bildirmişlər ki,  Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərib.

Tədbirin sonunda  pulsuz tibbi müayinəsi təşkil edilmiş aztəminatlı ailələrdən olan bir qrup məktəbliyə eynəklər hədiyyə edilmişdi.

www.yenicag.az

1608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv