İnsanları depressiyaya salan ARTIQ ÇƏKİ PROBLEMİ: “Heç bir təcrübəsi olmayan “həkim”lərin…”

“Normanı üstələyən çəki orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olmaqla yanaşı, insan psixologiyasına da mənfi təsir göstərir”.

Bu fikirləri arıqladıcı vasitələrin insan orqanizminə zərərləri haqda danışan dietoloq Ləman Süleymanova  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, arıqladıcı vasitələrin tərkibində olan zərərli maddələr orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına yol açır:

“Ümumiyyətlə, artıq çəki son dövrlərin ən aktual problemlərindəndir. Artıq çəkidən əziyyət çəkən insanlar sağlam həyat tərzi sürmür, fiziki aktivliyi məhdudlaşmış olur, düzgün qidalanmır. Nəticədə orqanizmdə piylənmə prosesi sürətlənir.

Normanı üstələyən çəki orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olmaqla yanaşı, insan psixologiyasına da mənfi təsir göstərir. Artıq çəkidən tez xilas olmaq istəyi bəzən insanı yalnış metodlara yönəldir.

Bizim doğru hesab etmədiyimiz metodlar arıqlama dərmanlarından istifadə, müxtəlif kokteyllər və ən əsası, cərrahi əməliyyatlardır. Son dövrlərdə sosial şəbəkələrdə qeyri-peşəkar və heç bir təcrübəsi olmayan “həkim”lər tərəfindən insanlara yalnış pəhriz, zərərli arıqladıcı dərmanlar, çaylar və kokteyllər tövsiyə edilir.

Həmin vasitələrin tərkibində olan təhlükəli və zərərli maddələr qaraciyər və mədəaltı vəziyə mənfi təsir göstərir, xərçəng və bir sıra cinsi xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır”.

Nuray Məmmədzadə

COP29