İnsanların çıxa bilmədiyi panik atak LABİRİNTİ: “Ailədən gələn müəyyən nevroloji pozuntular da…”

“Panik atak çıxılmaz vəziyyətlər, çox düşünmə, stress kimi amillərlə yanaşı, genetik faktorlarla da əlaqəlidir”.

Bu fikirləri son zamanlar istər gənclər, istərsə də orta yaşlı insanların üzləşdiyi panik atakın səbəblərini şərh edən psixoloq Gülər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, panik atak sonrası insanlar onun yaratdığı vəziyyətdən çıxmağa çətinlik çəkirlər:

“Panik atak insanın həyatı boyu üzləşdiyi hər hansı travmatik hadisədən meydana gələ bilər. İnsanlar bəzən bunun səbəbini müəyyənləşdirə bilmirlər. Panik atak qəfil yaranmır və insanın genetik faktorlarına əsaslanır.

Ailədən gələn müəyyən nevroloji pozuntular da panik atak yarada bilir. Panik atakın simptomları özünəməxsusdur və fərddən asılı olaraq dəyişir. Hər hansı bir çıxılmaz vəziyyətə insanda nəbzin artması, soyuq tərin gəlməsi, qorxu, həyəcan, nəfəs darlığı və digər simptomlar panik atakın əlamətləridir.

Həyat tərzində qarşılaşdığı çətin vəziyyətlərin stress və qorxunun səbəb olduğu panik atak yaşam keyfiyyətini aşağı salır və insanlar onun yaratdığı vəziyyətdən çıxmağa çətinlik çəkirlər”.

Nuray Məmmədzadə

COP29