“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.
Yenicag.az xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.
“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
***
Gəncə-Şəmkir yolunda insanlığa sığmayan hadisə baş verib.
Yenicag.az xəbər verir ki, iti avtomobilin arxasına bağlayıblar və sürüyüblər.
Baku.ws-yə istinadən həmin görüntüləri təqdim edirik: