!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsidentlərin artması, təhlükəsizlik, təlaşa düşən insanlar: Həll yolu nədir? – EKSPERT RƏYİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, dünən millət vəkili Fazil Mustafa güllələnib. Bundan öncə də “Bravo” hipermarketdə və şəhərin mərkəzi sayılan Bakı Dövlət Sirki ərazisində silahlı insidentlər baş vermişdi.

Bəs bundan sonra insanların təhlükəsizliyi necə təmin olunacaq? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirib ki, rəsmi qurumlardan əvvəl, insanlar da öz təhlükəsizliyinə önəm verməlidir:

“Dünyanın hər ölkəsində olduğu kimi, Azərbaycanda da hər an hər şey yaşana bilər. Cinayəti öncədən proqnozlaşdırmaq olmur. Birinci məsələ odur ki, əhali daha ehtiyatlı olmalıdır. İkinci məsələ güc strukturlarının üzərinə düşür. Onlar daima diqqətli, bu cür cinayətlərin qarşısını almaq üçün hər an hazır vəziyyətdə olmalıdırlar”.

R.Rza təhlükəsizliyin necə təmin edilməsi mövzusuna da toxunub:

“Bundan əlavə, təhlükəsizlik gücləndirilməlidir. Müasir texnikalar tətbiq olunmalıdır. İstər ticarət mərkəzlərində, istərsə də digər sıx ərazilərdə düzgün şəkildə kameralar quraşdırılsa, belə halların qarşısını almaq olar. Artıq ciddi yanaşmağın vaxtıdır. Hər kəs bilir ki, belə hadisələr həmişə olur və olacaq. İnsan yaşamağa davam edirsə, cinayətlər hər zaman olacaq. Biz arxayınçılığa öyrəşmiş millətik. Azərbaycan əmin-aman bir ölkədir. Ona görə də baş verənləri cinayətləri həmişə tez unuduruq.  Universitet terrorunu da artıq yaddan çıxarmışıq. Bizim düşmənimiz çoxdur. Hər an hər şey ola bilər”.

Şahanə Paşa

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv