Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"İnstagram" fenomeninin inşa etdirdiyi çılpaq qadın heykəli ölkədə rezonans doğurdu - FOTO

“İnstagram”ın məşhur “playboy”u 3 metr hündürlüyündə, boynunda qırmızı şal olan çılpaq qadın heykəli inşa etdirib. Bu, “Məryəm Ana” heykəlinə oxşadığı üçün ölkədə rezonans doğurub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Şəkər adam” ləqəbli “İnstagram” fenomeni Travers Beynon heykəli öz şəxsi bağında inşa etdirib. Lakin heykəl “Məryəm Ana”ya bənzədiyinə görə insanlar tərəfində heç də xoş qarşılanmayıb. O, dini dəyərləri ələ saldığına görə sosial şəbəkə istifadəçiləri tərəfindən təhqir olunub.

Uzaqdan da görülən bu heykəl Traversin hər il təşkil etdiyi “Secret Society” partisi üçün inşa edilib. Yerli xalq dini fiqurların belə əxlaqsızcasına istifadə edilməsindən narahatlığını ifadə edərək, heykəlin sökülməsini tələb edib. Lakin Traversin çılğın partisinə yüzlərlə insan gələcəyi üçün bələdiyyə heykəli sökmək yerinə Traversə 13 000 dollarlıq pul cəzası verib.

Qeyd edək ki, partiyə qatıla bilməyənlər bu şənliyi Traversin saytından canlı olaraq izləyə biləcəklər.

www.yenicag.az

3897
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM