!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnstagram" gözləniləni etdi: saxta aktivliyi bu yolla aradan qaldırmaq olacaq

!Reklam – Yazi

“Instagram” populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta layk, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.

Yenicag.az xəbər verir ki, sözügedən sosial şəbəkə öz hesabına layk və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək. Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.

Həmçinin “Instagram” abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən “Instagram”da yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edir./AZƏRTAC/

www.yenicag.az

4293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv