“İnstagram” istifadəçilərinə ŞAD XƏBƏR – Bu tətbiq silindi

“İnstagram”da gizli profillərə baxmağa imkan verən “Ghosty” tətbiqi “Google” tərəfindən zərərli proqram olaraq görülüb və “Play Store”dan silinib.

Yenicag.az xəbər verir ki, həm “İnstagram”ın, həm də “Play Store”un gizlilik qaydalarını pozan tətbiq “Google” tərəfindən araşdırılıb.

Araşdırmalar sona çatanda, proqramın zərərli olması səbəbilə “Play Store” üzərindən silinib. Əlbəttə internetdən apk üsulu ilə proqramı təkrar yükləmək mümkün olsa da, yaxın günlərdə “İnstagram” da bir sıra təhlükəsizlik addımları ataraq proqramın istifadəsinin qarşısını ala biləcək.

Qeyd edək ki, “Ghosty” tətbiqi  “İnstagram” giriş APİ-lərindən istifadə edərək “unfollow” proqramları kimi şəxsin profilinə daxil olur. İstifadəçi login və parolu verdikdən sonra tətbiq profilə daxil olaraq gizli profilləri təyin edir. Bu profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq ( hansı ki əvvəlcədən şifrəsini verərək girən istifadəçinin sessiyası) profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir.

1 il öncə “İnstagram” “unfollow” proqramlarını bloklamaq üçün giriş APİ-lərində bir sıra təhlükəsizlik tədbirləri görmüşdü. Nəticədə bir müddətlik bu tətbiqlər işləmədi. Lakin hal-hazırda yenə giriş APİ-ləri bu tip proqramlara açıqdır.