“İnstagram” ulduzu milyarderin yaxtasında ölü tapıldı – FOTOLAR

Avstraliyalı model, “İnstagram”ın ulduzlarından olan Şineyd Maknamara 20 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, o, adı açıqlanmayan meksikalı milyarderin yaxtasında, Yunanıstan sahillərində istirahətdə olarkən ölüb.

Onun ölümünün səbəbləri və hansı şəraitdə öldüyü barədə heç bir məlumat yoxdur. Yaxta isə Yunanıstan sahillərində saxlanılır. Çünki yerli polis bu məsələ ilə bağlı araşdırma aparır.