“Instagram”a yeni funksiya əlavə edildi – FOTO

Məşhur sosial şəbəkə olan “Instagram” tətbiqinin “abunələr” bölməsinə xüsusi kateqoriyalar əlavə edilib.

Yenicag.az “Instagram”ın baş direktoru Adam Mosseri “Twitter” səhifəsində etdiyi paylaşıma istinadən xəbər verir ki, yeni dəyişikliyə əsasən ən çox kiminlə əlaqə qurduğunuzu və kiminlə ən az ünsiyyət qurduğunuzu görə biləcəksiniz.

Məlumata görə, yeni dəyişiklik sosial şəbəkəyə reklamlara baxış sayını artırmağa yol açacaq.

İstifadəçilər isə maraqsız paylaşımları az görməyə başlayacaqlar və lenti çevirməyə davam edəcəklər.