“Instagram”da yemək fotoları uzun müddətdir ki, məşhur fotoservisin ən trend mövzularından biri sayılır. Lakin bu cür fotolar çox zaman həyata keçirilmiş reseptlərin yekun nəticələrini sərgiləyir və heç də həmişə həmin reseptlərin ətraflı təsvirlərini təqdim etmirlər. Beləliklə Facebook mütəxəssisləri istənilən fotodakı yeməyə baxaraq onun tərkibində hansı ərzaqların olduğunu təyin etməyi bacaran “Recipe1M” adlı süni zəka alqoritmi təqdim ediblər.
Yenicag.az “Technote”yə istinadən xəbər verir ki, xüsusi alqoritmin əsas özəlliyi yemək fotosunu generativ üsulla təyin etməkdən ibarətdir.
Tərtibatçıların sözlərinə əsasən bu neyroşəbəkə məlumatlar bazasında olan ərzaqlarla müqayisə əsasında fotoda əks olunmuş yeməkdə görünən ərzaqları təyin etməklə yanaşı həmçinin yeməyin bütün tərkibini proqnozlaşdıra və ərzaqların xarici görünüşlərinə əsasən onların hazırlanma qaydasını da təyin edə bilir. Daha sonra ərzaqların şifrələyicisi ilə əmrlər dekoderi resept üçün başlığı generasiya edir və cihazın ekranında yeməyin hazırlanması qaydası şəklində yekun nəticəni əks etdirir.
Təyin etmək üçün nəzərdə tutulmuş baza alqoritmləri ilə müqayisədə Recipe1M adlı alqoritm həmçinin hazır məhsulların tərkibində olan qeyri-müəyyən ərzaqları da təyin edə bilir. Məsələn kruassanın tərkibində olan yağ kimi ərzaqları. Gələcək perspektivdə tərtibatçılar həmçinin bu neyroşəbəkənin kulinariya bacarıqlarına digər faydalı özəllikləri də əlavə etməyi planlaşdırırlar. Məsələn kaloriyaların hesablanması sistemi. Instagram istifadəçiləri üçün bu alqoritmin test mərhələsinin nə zaman olacağı barəsində məlumat verilməyib.