“Instagram”da nə baş verir?

Milyonlarla istifadəçisi olan “Instagram”da problem yaranıb.

Yenicag.az xəbər verir ki, bəzi istifadəçilər öz hesablarına daxil olarkən onlardan yenidən parol istənilir.

Lakin parol daxil edilərkən eyni problem təkrarlanır. Bu isə istifadəçilərdə hesablarının başqaları tərəfindən ələ keçirilməsinə dair narahatlıq yaradıb.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.